Daxili işlər naziri Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il iyun ayının 2-də Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Şuşa, Laçın, Tərtər, Zərdab şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Polise.az – a DİN mətbuat xidmətindən məlumat verilib.
Həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcəkdir.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.06.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Polise.az