Daxili işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib
İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
DİN-in mətbuat xidmətindən Polise.az -a bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.
Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
Polise.az