Daxili İşlər Naziri daha bir generalı təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Y. Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xatırladaq ki, Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Hərbi-Siyasi Məktəbini bitirib.

1981-ci ildə SSRİ daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.

2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi idi.

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Polkovnik Nurulla Məmmədxanlı isə 1964-cü ildə Balakən rayonunda anadan olub. DİN-in Sankt-Peterburqakı Ali Hərbi Siyasi Akademiyasını bitirib. Uzun müddət Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət keçib.

2005-ci ildə Çevik Polis Alayının rəisi müavini, 2008-ci ildə BŞBPİ-nin İctimi Təhlükəsizlik İdarəsinin rəisi, 2020-ci ildə isə BŞBPİ-nin rəis müavini təyin olunub.

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button