Daxili işlər naziri Vilayət Eyvazov şəxsi heyəti Zəfər və Dövlət Bayrağı Günləri münasibətilə təbrik edib.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARININ ŞƏXSİ HEYƏTİNƏ

Əziz həmkarlar!

Tarixi Zəfər Günü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid hərbi qulluqçularımızın və polis əməkdaşlarımızın ailə üzvlərini təbrik edir, ən xoş diləklərimi çatdırıram!

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzla birgə mərdliklə döyüşərək yüksək döyüş ruhu, şücaət və fədakarlıq göstərib torpaqlarımızı işğaldan azad etmiş, antiterror əməliyyatı nəticəsində isə bu möhtəşəm qələbəni daha da möhkəmləndirməklə dövlətimizin suverenliyini onun bütün ərazilərində bərpa etmişlər.

Əminəm ki, Vətənə və xalqa sədaqəti ilə seçilən, qanunçuluğun və hüquq qaydasının keşiyində daim əzmlə dayanan şəxsi heyət bundan sonra da xidməti vəzifələri böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirəcək, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin etibarlı təminatına töhfələr verərək möhtərəm Prezidentin ali etimadını doğruldacaqdır.

Bu əlamətdar bayram günlərində hər birinizə Azərbaycan Respublikasına xidmətə görə təşəkkür edir, möhkəm can sağlığı, ailə səadəti və uğurlar arzulayıram!

Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
general-polkovnik

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button