Daxili işlər orqanlarında yeni kadr təyinatı olub
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.