Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun ikinci günü keçirilir

Bu gün Türkiyədə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu işini davam etdirir. Forumun ikinci günündə “Ortaq gələcək qurulmasında türk mediası” paneli keçirilir.
Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə bir neçə ölkənin rəsmi şəxsləri çıxış edəcəklər.
Daha sonra “Etibarlı məlumat axtarışında yeni nəsil jurnalistika təcrübələri və təsdiq refleksləri” adlı təqdimat keçiriləcək.
Polise.az


