DGK Gürcüstana yeni gömrük attaşesi göndərdi

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində fəaliyyət göstərən nümayəndəliyinə yeni rəhbər təyin edib.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, gömrük attaşesi vəzifəsinə Vüsal Əbilov təyinat alıb.

Azərbaycan səfiri Faiq Quliyev və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi Levan Kakava arasında keçirilmiş görüşdə yeni gömrük attaşesi qarşı tərəfə təqdim olunub.

Tanışlıq görüşü zamanı tərəflər Gürcüstan-Azərbaycan ticari-iqtisadi əlaqələrinin əhəmiyyətini, həmçinin gömrük idarələri arasında prioritet məsələləri müzakirə ediblər.

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button