DGK sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov yanvarın 22-də saat 10:00-da Qusar rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qusar, Quba və Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq tövsiyə olunur.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button