Diaspor Komitəsi: “Erməni təxribatına etiraz olaraq 25 ölkədə 56 aksiya keçirilib”

“İyulun 12-də sərhədin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatdan dərhal sonra xaricdə yaşayan soydaşlarımız tam şəkildə səfərbər oldular və Ermənistanın təxribatına qarşı etiraz aksiyaları başlanıldı”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, eyni zamanda etiraz akiyaları ilə yanaşı soydaşlarımız Azərbaycan Ordusuna, Prezident İlham Əliyevə də dəstək aksiyaları keçiriblər: “Ümumilikdə bu günə kimi 25 ölkədə 56 aksiya keçirilib. Bütün aksiyalar keçirilməzdən öncə soydaşlarımız yaşadıqları ölkədə aidiyyatı qurumlardan icazə alıb, zaman və məkan razılaşdırılıb. Bu tədbirlər dinc və sivil formada keçirilir. Sözsüz ki orada müəyyən şüarlar səsləndirilir, mesajlar verilir. Ermənistan tərəfindən tapşırılqlar və təlimatlar əsasında beynəlxalq terror təkilatları adlanan xüsusi qruplar tərəfindən bizim soydaşlarımıza qarşı təxribatlar törədilir. Yandırıcı, partlayıcı ləvazimatlarla, şüşə və daşla soydaşlarımıza hücum edirlər”. 

“Bizdə təəssüf doğuran odur ki. niyə təxribat baş verən ölkələrdə hüquq-mühafizə orqanları buna dərhal reaksiya vermir, qarşısı alınmırlar. Onların gözü qarşısında bu tədbirlər keçirildi, amma reaksiya yoxdur. Ümid edirik ki, hüquq-mühafizə orqanları bu işə lazımı qiymət verəcəklər və həmin insanlar cəzasını alacaqlar. Azərbaycanlıların 26 ölkədə 11 kordinal şuraları təsis olunub və minlərlə insanı öz ətrafında birləşdiirb. 10-a yaxın Azərbaycan evləri mövcuddur. Bu evlər və bütün oradakı soydaşlar səfərbər olaraq yürülərdə, mitinqlərdə iştirak edirlər. Biz onlara təşəkkür edirik. Dövlət Komitəsi olaraq onların yanındayıq, hər zaman dəstək verməyə hazırıq”, – F.Qarayev vurğulayıb. 

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button