Dilarə Əliyeva “Səma qurbanları”nı təqdim etdi – VİDEO

Polise.az xəbər verir ki,  “SOY” Productiona məxsus ekran işi Sarvan Hüseyn tərəfindən ərsəyə gətirilib.

AI rejissorluğunu Babək Sübhaninin, assistentliyini Nəzrin Mərdanlının etdiyi qısa filmdə qəza anı əks olunub.

diladila.jpg (97 KB)

Milli qəhrəmanlarımız – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntülərinin yer aldığı layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyevdir.

dila.png (280 KB)

Xanoğlan Ağamoğlanlının məsləhətçilik etdiyi ekran işində səsləndirmə aktyor Vüsal Murtuzəliyevə məxsusdur.

Sözügedən kadrları ərsəyə gətirən S. Hüseyn videoda 40 mindən çox şəkildən istifadə olunduğunu bildirib:

“Hər kəsə təşəkkür edirəm. Bu film mənim həyatımda çox böyük önəm daşıyır. Videoda 40 mindən çox şəkil və 10 minə yaxın video süni intellekt vasitəsilə yaradılıb. Ümid edirəm ki, bununla insanlara hiss və duyğularımı doğru şəkildə çatdıra bilmişəm”.

https://youtu.be/O64-m0rxih8

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button