DİM: Abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədlərinin verilməsi dələduzluqdur

Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədlərinin verilməsi dələduzluq halıdır.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, valideynləri diqqətli olmağa çağırıb:

“Belə hallarla rastlaşanda hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Məlumat bazası yüksək təhlükəsizlik sistemi ilə təmin olunub və ora giriş edərək imtahan nəticələrini dəyişmək mümkün deyil”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button