DİN: “2 ton 773 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb”

2021-ci il yanvarın 1-dən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 6 420 fakt aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilib. 

Bildirilib ki, DİN əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 2021-ci il yanvarın 1-dən bu günə qədər 6 420 fakt aşkarlanıb. Onlardan 2 206 satış, 3 763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumilikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Hamısını Göstər

Related Articles

Back to top button