DİN: 47 cinayətin açılması təmin edilib

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 218, o cümlədən borclu şəxs qismində axtarışda olan 192, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 19 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 isə fakt müəyyən olunub. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 5 tüfəng, 2 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

 

Polisə.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button