DİN: 7 avtomat, 2 qumbara, 2 alışdırıcı, 49 patron darağı və 103 patron aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı, 49 patron darağı və 103 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button