DİN: Axtarışda olduğuna görə 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 183, o cümlədən borclu şəxs qismində axtarışda olan 145 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 44 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Polise.az