DİN: Binəqədi rayonunda narkotiklərlə bağlı 65 fakt müəyənləşdirilib
Binəqədi rayonunda polis silsilə əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının may ayında keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb.
Vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 patron polis əməkdaşlarına təhvil verilib.
Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının mayda keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb.
Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyənləşdirilərək barələrində tədbir görülüb. Həmçinin yol polisləri tərəfindən bir ədəd “Kalaşnikov” avtomatı aşkar olunub
Polise.az