DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button