DİN-də daha bir vəzifəli şəxs işdən çıxarıldı

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

Fondun direktoru, polis polkovniki Sadiq Gözəlov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button