DİN-də yeni təyinat
Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Bölməsinin rəisi polis pokovnik-leytenantı Atik Cəlilzadə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.