DİN-dən Bakıda uşaqların satdığı salfetlərin içərisində narkotik olması iddialarına cavab

Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov olması müəyyən olunub. 

O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. 

Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. 

İddialarla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button