DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı açıqlama

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

“Hadisə Quba rayonu ərazisində baş verib. Faktla bağlı Tərəflər arasında yaranmış mübahisənin təfərrüatları müvafiq qaydada araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”

Hamısını Göstər

Related Articles

Back to top button