DİN kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib

“Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” – desə göndərməyin!”

Polise.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciətində deyib.

“Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” – desə göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” – desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” – desə qoşulmayın! Hamısı yalandır!

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!”, – deyə xidmət rəisi bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button