DİN: könüllü silah-sursat təhvil verən də var, məcburi alınan da…
Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polise.az -a bildirilib ki, bu, polis-vətəndaş münasibətində formalaşan etimaddır. Məhz bu etimad nəticəsində yanvarın 8-də 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı sursat polis əməkdaşlarına könüllü təhvil verilib.
Könüllü olaraq odlu silahları təhvil verməyən şəxslərdən isə yanvarın 8-də 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı sursatı polis əməkdaşları əməliyyat tədbirləri ilə aşkarlayıblar.
Hər bir fakt üzrə araşdırma aparılır.
Polise.az