DİN koronavirusdan ölən şəxsin dişlərinin oğurlanması məsələsini nəzarətə götürdü

Gəncədə ölmüş şəxsin dişlərinin aparılması ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaş Ramin Kərimov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlanmasını bildirib:

“Müraciət ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, tezliklə nəticəsi barədə əlavə məlumat veriləcək”.

09:37

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button