DİN Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirdi

Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan “polise.az“a verilən məlumatda bildirilir ki, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib.

“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib.Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq”.

https://youtu.be/fcksu3MXckE
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button