DİN: Ötən gün 26 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
![](/wp-content/uploads/2024/04/17129036102667953842_1200x630-780x470.jpg)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polise.az