DİN: Ötən gün əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstü açılıb

Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə  Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button