DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, sentyabrın 19-da polis əməkdaşları paytaxtda və rayonlarda müxtəlif markalı 6 tüfəng təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng, 1 patron darağı və 9 patron aşkar edilərək götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button