DİN: Ötən gün ölkə ərazində 7 tüfəng aşkarlanaraq götürülüb

Yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 müxtəlif markalı tüfəng, 3 patron darağı və 112 müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 20 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button