DİN: Ötən gün polis əməkdaşları tərəfindən 10 tüfəng aşkarlanaraq götürülüb

Yanvarın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 müxtəlif markalı tüfəng təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 avtomat silah, 1 tapança, üç patron darağı və 66 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button