DİN: Polis əməkdaşları tərəfindən xeyli sayda silah-sursat təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, yanvarın 13-14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin günlərdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 5 ədəd müxtəlif markalı tapança, 11 ədəd tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button