DİN: Silah və narkotiklə bağlı 26 fakt müəyyən edilib

Polis əməkdaşlarının sentyabrın 21-də keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində ölkə ərazisində qeydə alınan 45, habelə əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. Keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 21-də qanunsuz dövriyyədən ümumi çəkisi 21,6 kiloqram olan narkotik vasitə aşkar edilərək götürülüb. Ümumilikdə narkotiklərlə əlaqəli 18 fakt qeydə alınıb.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 100 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib. Keçirilən əməliyyatlarla dələduzluğa görə axtarışda olan 4 şəxs də saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin polis əməkdaşları tərəfindən ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 10 nəfər tapılaraq yaxınlarına təhvil verilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button