DİN: Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.
DİN-in mətbuat xidmətindən Polise.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Qeyd olunub ki, onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”, – məlumatda bildirilib.
Polise.az