Dini mərasimlər və toylar nə vaxt bərpa olunacaq? – Açıqlama
Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahın səlahiyyətindədir:
“Həmin qurum bununla bağlı tibbi mütəxəssislərin pandemiya ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq qərarlar qəbul edəcək”.