Dini radikalizmlə kriminal həyat tərzini təbliğ edən 954 sosial şəbəkə hesabı və səhifə bloklanıb

Ötən il internet resurslarının real vaxt rejimində monitorinqi davam etdirilib.

Polise.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vurub viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131, ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifənin aşkarlanaraq bloklanması təmin edilib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button