Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başladı

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Teleqraf-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100 yaxın diplomat iştirak edir.

Diplomatların olduğu təyyarə Laçın Beynəlxalq Hava Limanına enib.

Diplomatları hava limanında Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb.

Məsim Məmmədov qonaqları Laçın aeroportu barədə məlumatlandırıb.

Onlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Diplomatlar burada Laçın İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, Həkəri çayının sahilinə baş çəkəcək, Laçında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olacaqlar.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button