Diplomatik qalmaqal: Rusiya ukraynalı diplomatı ölkədən çıxardır

Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Sankt-Peterburq şəhərində Baş Konsulluğun konsulu Aleksandr Sosonyukun qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

RF XİN-in məlumatında bildirilib ki, Sosonyukun Rusiyada qalması arzuolunmazdır. Ona aprelin 19-dan etibarən 72 saat ərzində ölkədən getməsi tövsiyə olunur.

Xatırladaq ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı diplomatı hüquq-mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından gizli məlumatlar əldə etdiyi üçün saxlamışdı.

Hamısını Göstər

Related Articles

Back to top button