Diplomatların Qarabağ səfəri: Şuşada yallı, Xankəndidə yeni reallıq | Mir Şahinin Vaxtı

Diplomatların Qarabağ səfəri: Şuşada yallı, Xankəndidə yeni reallıq | Mir Şahinin Vaxtı Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri “Mir Şahinin vaxtı”nın bu buraxılışında siyasi, tarixi və simvol paralellərlə təhlil edilir.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik iştirak edib. Diplomatik korpus Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında bərpa-quruculuq, sosial-iqtisadi infrastruktur və tarixi-mədəni irs obyektləri ilə tanış olub.
Bu, 2020-ci ildən sonra diplomatik korpusun azad edilmiş ərazilərə 22-ci səfəridir.



