Dmitri Medvedev Emənistana xəbərdarlıq edib

“Qərb Ermənistanı Avropa Birliyinə (Aİ) dəvət etmək fikrində deyil”.

Polise.az  xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən iki ölkənin xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub. Qafqaz ölkəsini Avro-Atlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli qüvvələr cəlb edilib”, – deyə o bildirib.

O, xəbərdarlıq edib ki, İrəvana tam sədaqət müqabilində Avropa İttifaqına üzvlük də daxil olmaqla, qızıldan dağlar təklif olunur: “Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. Heç kim “elita klubu”nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil.

Avropa Parlamentinin 2024-cü ilin martında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair Qətnamə əslində öhdəlikləri olmayan sıradan bir kağız parçasıdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button