İlham Əliyevə GENERALİSSİMUS rütbəsi verilsin

(Vətən qarşısında müstəsna və misilsiz xidmətlərinə görə)

 “Ey fərqli dillərdə danışdığımız,fərqli coğrafiyada yaşadığımız bəşəriyyət…Bu,balaca körpələr gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilənlərdir…”

Türkiyə Milli Müdafiə nazirliyinin Tvitteri
Vasitəsi ilə yaydğı müraciətindən

Salam əziz vətən, salam! Uzun illər sızıldayan yaralarına, dəyən zərbələrə necə tab gətirə bildin? Sən Allah, “övladlarım məni darda qoydu, (?)”-düşünmə. Zaman lazım idi. Fürsət axtarılırdı. Meydanda tək idik. Haqq səsimizə dəstək verən tapılmırdı. İndi, vaxt-vədə yetişdi, Vətən! Gözün aydın olsun! Yaralarına məlhəm qoyan igidlərin  tarixin yaratdığı imkanı əldən vermədilər! Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı oğul Əliyev xalqa verdiyi vədi, götürdüyü öhdəlikləri cəsarətlə, bacarıqla və şövqlə, qürur hissi ilə yerinə yetirir. Hamımızın gözü qarşısında bir əlini səmavi kitaba, digər əlini xalqın iradəsini ifadə edən konstitusiyaya qoyqraq içdiyi and reallaşır. Sənin iffətinə toxunanlardan qisas alınır, VƏTƏN! Gözün aydın olsun, başını uca tut, Vətən!

Füzulin, Cəbrayılın, Zəngilanın, 130-dan çox kəndlərin azad olundu. Qəm çəkmə,”Ağ Atlı” Oğlan qisasını alır və alacaq. Sinənə çəkilən dağın əvəzi ödənilir, 30 il ərzində qoynunda “at oynadan”, səngər qazan, əlləri övladlarının qanına batan düşmənin qanı indi çox hayıf ki, çəmənlərinə tökülür. Cəsədləri çöllərində qarğalara yem olur. Hələ bu harasıdır!? Əsirlikdə olanlar, sənə qarşı döyüşdən imtina edənlər var. Bu döyüşə başçılıq edən, komandanlıq edən ərənlərin var olsun, Vətən!

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində uzun illər davam edən  Beynəlxalq hüquqa zidd hərəkətlərini dünya ictimaiyyətinə və siyasi elitasına təfərrüatı ilə çatdıran Övladın İlham Əliyev sənə  misilsiz xidmətlərinə, içdiyi anda sadiq qaldığına, geniş erudisiyasına görə ən böyük və ən ali  hərbi rütbəyə- GENERALİSSİMUSa layiqdir! Bunu gerçəkləşdir, Vətən!

Oxuduğuma görə 5 əsr ərzində dünyada 65 generalissimusa sahib çıxanlar olub. Fransanın gələcək kralı 18 yaşlı 3-cü Henrix də bu rütbəni daşıyıb. Təsəvvür edin 18 yaşlı Fransa kralı!

Meksikadan Xose Morelos(1765-1815), Niderland hersoqu Artur Vellinqton (1769-1852), Kolumbiyadan Xuan Berbeo (1739-1795), daha məşhurlardan Çan Kayşi (Çin 1887-1975), Rusiyadan 1694-cü illərdə F.Y.Romodanovskiy, İ.İ.Buturlin və s., Aleksandr Suvorov, İ.V.Stalin generalissimus- ən böyük, ali hərbi rütbəsinə layiq görülüblər.

Bir vətəndaş və müharibə veteranı kimi çox istərdim ki, Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə GENERALİSSİMUS rütbəsi verilsin.

Ya Rəbb! Ali Baş Komandanı, ordumuzu xətalardan, hər cürə bəlalardan, bəd nəzərdən hifz et!

                                       Vətənsiz yaşamaq olmur…

Ürəksiz yaşamaq mümkün olmadığı  kimi,vətənsiz də yaşamaq olmur. Vətən məhəbbəti,ona sədaqət nümayiş etdirmək hər bir vətən övladının şərəf, namus işidir. Vətənin və dövlətin ağır günündə bacardığın bir işdən yapışmaq Ilahi hüzurda ibadətə bərabər tutular. Vətən uğrunda canını fəda etmək,tarixdə iz qoyub könüllərdə yaşamaq vətənə olan sevgidəndir.

Bu yaxınlarda hərbi hospitalların birində təbib xərəyində qana bulaşmış, əynindəki mundirin sapına qədər islanmış, barıt və mərmi tüstüsünə qatışıq qoxusu olan adi bir Azərbaycan döyüşçüsünün gətirildiyinin şahidi oldum. Palata qapısı bağlanmamış ayaq üstə zorla duran digər yaralı özünəməxsus çevikliklə ayağa qalxıb “yerini sanki ona verəcəkdi”- deyə düşündüm. Həkim və tibb bacıları yorğun olsalar da yaralı əsgərin ağrılarına məlhəm qoymadan rahat ola bilmirdilər. Hamı bir nəfər kimi döyüş fədailərinin yanından çəkilmirdi. Bizim bir yerdə daha güclü olduğumuzu əyani şəkildə gördükcə sevinirdim. Həkim personalı az qala canlarından kəsib, əsgər canına “qaynaq”etməyə hazır idilər. Diqqətimi çəkən, vətən uğrunda ölməyə hazır olan bu gənclərə yüksək hörmətin və diqqətin olması idi. Gecələr yaralı igidlərimizin çarpayısının yanından bir addım da kənara çəkilməyən bu peşəkar həkimlərin oturduqları yerdəcə mürgülədiklərini görəndə kövrəldim…

Hərbçilərimizin, həkimlərin və hər birimizin şən, uğurlu günləri işğal olunmuş əraziləri misqal-misqal azad edəndə başlayır.

Bu gün, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının hamıya görk olacaq həyacanlı müraciət və müsahibələrinin, dünyanı haqq və ədalətə, insan hüquqlarına sarı səsləyən ”Düzlən” komandasının, məntiqli, siyasi və diplomatik çıxışlarının əsas məqsədi Qarabağla bağlı hamıya bəlli faktları təkrar-təkrar dünya auditoriyasına çatdırmaqdan ibarətdir.

Əziz həmvətənlər! Axı, hamıya, bütün dünya ictimaiyyətinə bəlli olan işğal, terror, soyqırımla müşayət olunan və insanlığa qarşı hamıya bəlli faktların heç vaxt sübut edilməsinə ehtiyac duyulmamışdır. Bir şey bəllidirsə onu sübut etməyə ehtiyac varmı? Əlbəttə yox! Bu, hüquq normasının tələbidir. Ona görə də VƏTƏN harayı, vətən uğrunda verilən itkilər hamımızı narahat edir. VƏTƏN-ANA, ”ANA VƏTƏN” deyiriksə bu çətin anda, dar ayaqda anamızın yanından kənara çəkilməyə haqqımız yox! Yağı düşmənləri torpaqlarımızdan “İTİ QOVAN kimi QOVMALIYIQ”. Vətən uğrunda döyüşü bitirməsək bu dərd dünən doğulan körpələrimizə”MİRAS”qalacaq. Rəbbimizin hüzurunda məyus görkəmdə qalacağıq.

Bir ərəb zərb məsəlində deyildiyi kimi: “Kafiri də özbaşına buraxsan, cəhənnəmə getməz, Zəbanilər-cəhənnəm mələkləri onu sürükləyərək atəşə atarlar.

Vətən könlümüzün əsir düşdüyü yerdir. Onu unutmaq özünü və aləmləri yaradan Allahı inutmaqdır. Vətən həsrətini, onun dərd və iztirablarını çəkmək çox xəstəliklərin dərmanıdır. Vətən xətrinə bu xəstəliklərə tab gətirmək də hər övlada nəsib olmur ki!

Bu gün,sevindirici haldır ki, hər birimiz VƏTƏN, YURD,doğma ocaq  uğrunda canımızdan keçməyə hazırıq. Həqiqi qəhrəmanlıq və kişilik budur. 30 ilə yaxın müddət ərzində etiraf edək ki, işğaldan qurtulmağı vasitəçilik edən beynəlxalq qurumlardan gözləmişik. Onlara inandıq. Nankor çıxdılar. Dövlət Başçısının sözünə qüvvət olaraq daha 30 il gözləməyə səbrimiz yox! Daha beynəlxalxalq normalara, Cenevrə konvesiyasına yox, XALQIN bütün normalardan üstün qüvvəyə malik İRADƏSİNin tələbinə uyğun davranmalıyıq. Bu xalqın tələbidir! Tarixən Azərbaycan PASİFİST tərafdarı olub, müharibəni istəməmişik. Amma indiki müharibəninəsas leytmotivi ərazilərimizi, işğal olunmuş yurdlarımızı insanlığa qənim kəsilmiş vəhşilərdən təmizləməkdən ibarətdir. Deyildiyi kimi: HAQQ uğrunda CİHADDIR! Allah ordumuza dayaq olacaq.!

Ölkə hüdudlarından kənarda olduğum və yad dildə çətin danışdığım anlarda, sərbəst fikrimi ifadə edə bildiyim VƏTƏNİMİ ürək ağrısı ilə xatırlamışam. Belə anlarda VƏTƏN daha şirin olur, VƏTƏNin hər şeydən üstün və müqəddəs olduğunu bir daha anlamışam. İnsanın şərəf və ləyaqəti  də vətənə olan sədaqətin və vətənpərvərlik ruhunun həddi ilə ölçülürmüş!. Vətəni sevmək və vətənə sədaqət müqəddəs borcumuz-vəzifəmizdir!

Doğma ana kimi qoynunda böyüyüb ərsəyə gəldiyimiz, havasından udduğumuz, suyundan qurtum,qurtum içdiyimiz, min-bir nemətini daddığımız doğma yurdumuza hələ çox borcluyuq.

Bu yurdun hər bir ocağının tüstüsü də şirindir.

Vətən insanlara və insanlığa hörmət olan yerdir. Harda Allahın yaratdığı canlı, şüurlu varlığa və İlahi dəyərlərə nifrət varsa, orda vətən yoxdur. Ermənilərin Azərbaycana, türklərə, dünya müsəlmanlarına qarşı nifrəti və niyyəti bəllidir :Ya tamamilə, ya da qismən məhv etmək! Həyasızlığın və alçaqlığın dərəcəsinə baxın! Bu, beynəlxalq səviyyəli-transmilli mütəşəkkil cinayətkar qrup və dəstələrin hərəkət və hərəkətsizlikləri bütöv bəşəriyyət üçün təhlükə mənbəyidir. Bu gün, bu azğınlara “DUR”deyilmirsə regonda hər hansı bir təhlükəsizlikdən danışmaq əbəsdir! ERMƏNİLƏR mövcud regionda “SÖNDÜRÜLMƏMİŞ OCAQ” qədər təhlükəlidir.

Bəzən “uşaqlığın harada keçmişsə, ora vətəndir”-deyirlər. Bu fikirdə həqiqət var. Vətən sevgisinin sərhədi olmur. “Sevgidən doydum” -deyən də yoxdur. Vətən sevgisinin sərhədi (məncə) doğulduğun yerdən başlayır… Vətənə sevgisi olmayanın deməli, vətəni də yoxdur. Belələri küləyin sovurduğu səhra qumuna bənzər…  Vətən yadları və ona arxa çevirənləri qəbul etmir. Keçmişimiz və gələcəyimiz də vətənlə bağlıdır. Ona görə də VƏTƏN uğrunda ölmək şərəfdir! Bu amalla ölənlər HƏMİŞƏYAŞAR və ÖLMƏZ ŞƏHİDLƏRDİR! Onlar kəfənə bürünmədən, yuyulmadan torpağın ağuşuna tapşırılarlar

Allahdan vətən uğrunda canını fəda edənlərə cənnətin uca məqamını arzulayıram!

Ordumuza, bizə mənəvi dəstək verən,lazım gələrsə döyüşməyə hazır olan qardaş ölkələrə Aləmlərin Rəbbi dayaq olsun! Xalqın duaları inşəallah qəbul olunar! Amin!

Şəmsəddin Əliyev
polize.az xəbər saytının şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button