Donald Tramp rəqibi Kamala Harrisi axmaq və kinli adlandırıb
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə potensial rəqibi, Demokratlar partiyasının üzvü və ABŞ-ın hazırkı vitse-prezident Kamala Harrisi axmaq və kinli adlandırıb.
Polise.az “New York Post” qəzetinə istinadla xəbər verir ki, Kamala Harrisin qərargahı isə vitse-prezidentin prokuror keçmişini xatırladaraq Donald Trampı hüquqi təqiblə hədələyib.
“Vitse-prezident həyatını cinayətkarlara ədalətli hökm çıxarmaq üçün sərf edib və Donald Tramp da istisna olmayacaq. Kamala Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr etdiyi halda Donald Tramp yalnız özünü düşünüb”, – deyə Harrisin kampaniyasının nümayəndəsi Əmmar Musa bildirib.
Polise.az