Donald Tramp:”İstəsəm, Rusiyanı məhv edərəm”

ABŞ prezidenti Donald Tramp Rusiyanı təhdid edib.

Musavat.com xəbər verir ki, bu barədə CNN Türk və Hürriyət nəşrlərinin ABŞ nümayəndəsi Yunus Paksoy məlumat yayıb.

“İstəsəm, Rusiyanı məhv edə bilərəm. Rusiyanı maddi cəhətdən məhv edə bilərik, amma bunu istəmirəm” – Tramp deyib.

O, Rusiya ilə Ukrayna arasında atəşkəs olacağına ümid etdiyini vurğulayıb:

“Burada əvvəllər sülh istəməyən biri var idi (Zelenskini nəzərdə tutur – red.), indi bunu qəbul edir. Hazırda Rusiyaya gedən nümayəndə heyətimiz var. Ümid edirəm ki, atəşkəsə nail olacağıq. İndi hər şey Rusiyadan asılıdır. Ümid edirəm ki, Rusiyadan atəşkəs əldə edə bilərik. Buna nail ola bilsək, burada sülhə gedən yolun 80 faizini tamamlamış olarıq. Rusiyadan müsbət mesajlar aldım, amma müsbət mesaj heç bir məna kəsb etmir. Əgər atəşkəsi qəbul etməsələr, bu, çox ciddi bir vəziyyət olacaq. Bu müharibə Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək müharibədir. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button