Donbasa hücum planı hazırdır – Jirinovski
Ukrayna ərazisində hərbi gərginlik planı artıq 5 ildir var. Orada hər şey detallı yazılıb. Ehtimal olunur ki, Ukrayna Donbasa hücum edəcək və “respublikalar” da müdafiə olunacaq.
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
“Hətta o vaxtı əməliyyatın bitmə tarixini də simvolik olaraq 22 iyun 2016-cı ilə təyin etmişdilər. Onlar unudurlar ki, 22 iyundan sonra 9 may oldu. Təbii ki, Kiyev “dxr” və “lxr” (fərqəndirmə bizimdir – red.) ərazisinə girə bilməz. Amma böyük itklər hesabına provokasiyalar olacaq”, – Jirinovski bildirib.
O, 2016-cı ildə planın ABŞ-da prezident seçkilərinə görə təxirə salındığını deyib.