Dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı İrəvandan açıqlama

Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı hələlik heç bir qərar qəbul edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

“Bu məsələlərin həlli yalnız sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində mümkün olacaq. Delimitasiya prosesində iki ölkənin ərazi bütövlüyünün konturlarının Almatı Bəyannaməsinə əsasən təsdiqlənməsi zəruridir. Daha sonra mümkün kombinasiya və variantlar müzakirə oluna bilər. Hazırda heç bir ssenari razılaşdırılmayıb. Delimitasiya və demarkasiya zamanı tərəflər keçmiş sovet dövründə mövcud olmuş enklavlarla bağlı hüquqi əsaslarını təqdim etməlidirlər”, – baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 anklav kənd var. Söhbət Naxçıvanın Kərki, Qazaxın Yuxarı Əskipara Sofulu və Barxudarlı kəndlərindən gedir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button