Dövlət Departamenti ABŞ vətəndaşlarını Qarabağdan və Azərbaycan-Ermənistan sərhədindən uzaq durmağa çağırdı

ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarını koronavirusun yenidən sürətlə yayılmasına görə Ermənistana səfərlərini təxirə salmağa çağırıb. Bu haqda Dövlət Departamentinin saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir. Bildirilir ki, ABŞ-ın Xəstəliklərə nəzarət və Profilaktika Mərkəzi Ermənistanda koronavirusa yoluxmaq riskini üçüncü səviyyəyə qaldırıb.

Dövlət Departamenti habelə silahlı münaqişəyə görə Qarabağ regionundan və Ermənistan-Azərbaycan sərhədindən də uzaq durmağa çağırır. “Müntəzəm atışmalar, artilleriya sistemlərinin təsadüfi istifadəsi, o cümlədən minalar və minaatanlar hər il ölümlərə və yaralanmalara səbəb olur. Azərbaycanla Ermənistanın beynəlxalq sərhədləri boyu aparan yollardan uzaq durun. ABŞ hökuməti Birləşmiş Ştatlar vətəndaşlarına Qarabağda təcili xidmətlər göstərə bilməz, çünki onlara ora getmək qadağan edilib”,-məlumatda deyilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button