Dövlət-hakimiyyət-cəmiyyət tandemi qarşısında bütün ziyanlı güclər acizdir
Mahirə Əmirhüseynova: Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
“Vəzifəli şəxslər, cəmiyyətdə tanınan insanlar, ictimi-siyasi sferada adları tez-tez çəkilən şəxslər əslində hərəkətləri ilə nümunə olmalıdırlar. Çox təəssüf ki, karantin rejiminin tələblərinə münasibətdə pozuntu hallarına yol verənlər arasında belə şəxslərin də adlarına tez-tez rast gəlirik”.
“polise.az” xəbər verir ki, bu fikirləri “Azərtac”a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
Son günlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy məarsimi barəsində yayılan informasiyalara diqqət çəkən təşkilat sədri hadisənin qanun pozuntusu olması ilə yanaşı mənəvi aşınma faktının təzahürü kimi də dəyərləndirilməsinin insan da təəssüf hissi yaratdığını deyir:
“Adı çəkilən şəxslər sıradan insanlar deyil. Onların dövlətin qayda-qanunlarına, dəyərlərinə, dövlət başçısının tövsiyələrinə ögey münasibət göstərmələri mütləq qınaq obyektinə tuş gəlməliydi. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.
Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Belə olan təqdirdə dövlətin rəhbərliyində təmsil olunmuş şəxslərin, qanunverici orqanın üzvü olmuş insanlarn qaydaları kobud şəkildə pozmaları heç bir çərçivəyə sığmır və belə hərəkətə haqq qazandırmaq mümkün deyil”.
Azərbaycanın hüquqi dövlət olduğunu xatırladan M.Əmirhüseynova onu da diqqətə çatdırıb ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib:
Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Cənab Prezident və hörmətli Birinci -vitse prezident karantin qadağalarəna ciddi əməl etdiklərini dəfələrlə göstəriblər. Belə olan təqdirdə, başqalarının qanunu pozmasına heç bir haqqları çatmır: “Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz”.
Təşkilat rəhbəri ictimai qınağın təsir dairəsi ilə bağlı da fikirlər söyləyib. O, Azərbaycanda ictimai qınağın təsirli nəticələrinin tez-tez şahidi olduğunu vurğuladı: “Azərbaycanda ictimai nəzarətin güclənmsi Prezident İlham Əliyevin daim təbliğ etdiyi mövzudur. Prezident QHT-ləri, jurnalistləri, bütövlükdə vətəndaşları ictimai nəzarətdə aktiv olmağa səsləyir. Məhz bunun nəticəsidir ki, bu gün dövlətin, cəmiyyətin, qanunların, insanlığın əleyhinə çıxmağa cəhd edilən hər bir hərəkət anındaca təpki ilə qarşılanır, bu təpki dövlətin rəhbərliyi tərəfindən tam şəkildə nəzərə alınır, vətəndaşların narazılığına müsbət cavab verilir.
Haqqında danışdığımız toy mərasiminin keçirilməsinə də öncə ictimaiyyət etiraz etdi. Mətbuat, sosial şəbəkələr bu narazılığı paylaşandan sonra karantin rejimini pozanlar məhkəmə qarşısına çıxarıldı. Bu mənada vətəndaş cəmiyyətinin daha da möhkəm təməllər üzərində qurulması, inkiafı vacibliyi yenidən gündəmə gəldi.
M.Əmirhüseynova hesab edir ki, ictimai qınaq gücləndikcə və sağlam tənqid üzərində formalaşdıqca belə neqativ halların da sayı azalacaq: “Dövlət-hakimiyyət-cəmiyyət tandemi qarşısında bütün ziyanlı güclər acizdir”.