Dövlət qeydiyyatına alınmış dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib

Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin tənzimlənməsi barədə qərar verib.

AZƏRTAC xəbər verir ki, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərarlar yanvarın 2-dən qüvvəyə minir.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button