Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir

Azərbaycanda dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin yenilənməsi təklif olunur.

Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası üzrə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə təqdim edilib.

Milli Məclisə təqdim edilən layihəyə əsasən, Dövlət Qulluğu Məcəlləsi təsdiqlənəcək. Məcəllənin qüvvəyə mindiyi tarixdən dövlət qulluğu ilə bağlı bir sıra qanunlar ləğv ediləcək.

2000-ci ildən qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun, eləcə də dövlət qulluqçularının iş vaxtı, əməkhaqqı əmsalları, ağır və təhlükəli iş şəraiti, etik davranış qaydaları və dövlət qulluğunu idarəetmə mexanizmləri ilə bağlı bir sıra qanunların qüvvəsinə xitam verilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, digər normativ hüquqi aktlar yeni Məcəlləyə uyğunlaşdırılanadək, onun müddəalarına zidd olmayan hissədə tətbiq olunacaq.

Yeni tənzimləmədə dövlət qulluğu sertifikatları ilə bağlı keçid müddəası da nəzərdə tutulur. Etibarlılıq müddəti başa çatmayan sertifikat sahibləri həmin sertifikatın qüvvədə olduğu müddət ərzində yeni Məcəlləyə uyğun müsahibələrdə iştirak edə biləcəklər.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button