DSX: Sərhəd pozucuları saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, saxlanılmış şəxslərin üzərindən 12 kiloqram heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucularının narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdikləri məlum olub.

Bununla yanaşı keçirilmiş tədbirlər nəticəsində sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gəlmiş Sumqayıt şəhər sakinləri 1994-cü il təvəllüdlü Ağaseyidli Raqif Vəkalət oğlu və 1997-ci il təvəllüdlü Musayev Tamerlan Telman oğlu şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonunda 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button