DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdilər – VİDEO/FOTO

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
Bu barədə Dövlət Təhlükəsiziyi Xidmətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.


Polise.az


